"Korintians" stadionunda 3 nəfər dünyasını dəyişdi

"Korintians" stadionunda 3 nəfər dünyasını dəyişdi
XƏBƏR 28 Noyabr 2013 / 11:18 1469
-  A +

2014-cü ildə Braziliyada baş tutacaq dünya çempionatının açılış matçının keçiriləcəyi "Korintians" stadionun tikintisi zamanı ölümlə nəticələnən hadisə baş verib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, tikinti kranı stadionun işıqlandırma qülləsinin üzərinə düşüb.

400 tonluk ağırlığa tab gətirə bilməyən qüllənin parçalanması nəticəsində 3 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı stadiona ciddi ziyan dəyib.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə