İngiltərədə danışılmış oyun qalmaqalı: 6 nəfər tutulub

İngiltərədə danışılmış oyun qalmaqalı: 6 nəfər tutulub
XƏBƏR 28 Noyabr 2013 / 10:16 1682
-  A +

Britaniya polisi futbol üzrə  İngiltərə ə çempionatında danışılmış oyunların istintaqı çərçivəsində 6 nəfəri həbs edib.
 
Lent.az-ın "BBC"yə istinadən məlumatına görə, həbs olunanların azı 3-ünün futbolçu olduğu bildirilib. Onlardan birinin peşəkar futbola aidiyyəti yoxdur.
 
Polis ehtimal edib ki, onlar gizli totalizator təşkil edib.
 
Həbslərin keçirilməsi «Daily Telegraph» qəzeti jurnalistinin araşdırması səbəb olub. Jurnalistlərin məlumatına əsasən, sindikat təmsilçiləri İngiltərə divizionunda oyunlara təsir etmək imkanını mərc edib və hər "doğru" varianta 80 min dollar qoyulub.

Son xəbərlər