Torres "Rəvan"ın düşərgəsinə qayıtdı

Torres "Rəvan"ın düşərgəsinə qayıtdı
XƏBƏR 28 Noyabr 2013 / 10:00 1262
-  A +

"Rəvan” Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda cümə günü "Bayıl Arena”da baş tutuacaq görüşə hazırlığı davam etdirir.

Adıçəkilən stadionda gündə 1 dəfə olmaqla məşq edən "aslanlar” Kristian Torresin ümumi qrupa qoşulmasına sevinir. Dizindəki zədəni sağaldan argentinalının "Qəbələ” ilə matçda iştirak edib-etməyəcəyi oyun günü baş məşqçinin qərarına əsasən müəyyənləşəcək.

Baş məşqçi Şahin Diniyev futbolçularına taktiki-texniki hazırlıq keçməklə yanaşı, ayrı-ayrı oyun komponentlərində keyfiyyətin yüksəldilməsinə də xüsusi diqqət ayırıb.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu