“Barselona”nın tarixində ən pis oyun

“Barselona”nın tarixində ən pis oyun
XƏBƏR 27 Noyabr 2013 / 18:18 3552
-  A +

Çempionlar Liqasının qrup mərhələsində "Ayaks"a dünənki məğlubiyyət (1:2) “Barselona”nın tənqid edilməsinə səbəb olub.

Qol.Az-ın məlumatına görə, İspaniyanın bir çox mətbu orqanı Kataloniya klubunun ikinci hissənin əvvəlindən on nəfərlə qalan "Ayaks"ı məğlub edə bilmədiyi matçı "Barselona”nın tarixində ən pis oyunu kimi dəyərləndirib.

Klubun futbolçuları Karles Puyol və Jerard Pike də çox zəif çıxış etdiklərini etiraf edib.

"Barsa"nın əfsanəvi oyunçularından olan Yohan Kroyf isə Kataloniya klubunun belə məğlub olmasının səbəbini yalnız Messinin yoxluğunda görməyib. O bildirib ki, komandada başqa çatışmazlıqlar da var.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu