"Nou Kamp" "Santyaqo Bernabeu"nu üstələdi

"Nou Kamp" "Santyaqo Bernabeu"nu üstələdi
XƏBƏR 27 Noyabr 2013 / 16:23 3222
-  A +

"Fenwisk İribarren Architects" şirkəti "Santyaqo Bernabeu" və "Nou Kamp" stadionu ilə bağlı maraqlı araşdırma aparıb.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, futbol izləmək üçün "Barselona"nın ev oyunlarını oynadığı "Nou Kamp" arenası "Real"ın (Madrid) stadionundan daha yaxşıdır.

Qeyd edək ki, araşdırma zamanı stadionun görünüşü, oturacaqlar arasındakı məsafə və istiqaməti, günəşin düşmə bucağı, stadionun yeri əsas götürülüb. Bu parametrlərdə "Nou Kamp" "Santyaqo Bernabeu"nu üstələyib.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu