Arda Turan ingilis nəhənglərinin hədəfində

Arda Turan ingilis nəhənglərinin hədəfində
XƏBƏR 27 Noyabr 2013 / 15:19 3015
-  A +

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın "Daily Express"ə istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu ilə "Liverpul" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.

Lakin Ardanı transfer etmək istəyən komanda 40 milyon avrosundan keçməli olacaq. Belə ki, yeni müqaviləyə əsasən futbolçunun təzminat qiyməti 40 milyon avro olaraq göstərilir. Bu məbləği hansı komandanın ödəyəcəyi isə böyük maraq doğurur.

Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya transfer olunmuşdu.   


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu