Hiddink Hollandiya millisini çalışdıra bilər

Hiddink Hollandiya millisini çalışdıra bilər
XƏBƏR 27 Noyabr 2013 / 14:30 1908
-  A +

Türkiyə millisinin sabiq baş məşqçisi Quus Hiddink Hollandiya yığmasını çalışdıra bilər.

Qol.Az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssisin meneceri Kees van Nieuvenhuizen açıqlama verib.

O, Hollandiya Futbol Federasiyasından (HFF) təklif alacaqları təqdirdə Hiddinkin buna razılıq verəcəyini bildirib: "Əgər HFF bizimlə görüşmək istəsə, bu barədə düşünəcəyik. Hiddink də bu təklifi gözləyir".

Qeyd edək ki, 67 yaşlı mütəxəssisin sonuncu iş yeri Rusiyanın "Anji" klubu olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner