"Qarabağ" "Simurq"la oyunun hazırlığına başladı

"Qarabağ" "Simurq"la oyunun hazırlığına başladı
XƏBƏR 27 Noyabr 2013 / 13:26 2014
-  A +

Topaz Premyer Liqanın 15-ci turunda "Simurq"la qarşılaşacaq "Qarabağ" bu oyunun hazırlıqlarına başlayıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Zaqatala təmsilçisinin qonağı olacaq çempionatın lideri günü tək məşqlə keçirəcək.
 
"Qarabağ"da Admir Teli hələ də kollektiv çalışmalara qoşulmayıb. Son oyunu cəza səbəbindən buraxan Riçard Almeyda məşqlərdə iştirak edəcək. Daha iki gün Bakıda hazırlıq keçəcək Ağdam təmsilçisi dekabrın 29-da Zaqatalaya yollanacaq.

Qeyd edək ki, "Simurq" - "Qarabağ" oyunu noyabrın 30-da, saat 17:00-da keçiriləcək.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu