Xerardo Martino "Ayaks"a məğlubiyyətdən danışdı

Xerardo Martino "Ayaks"a məğlubiyyətdən danışdı
XƏBƏR 27 Noyabr 2013 / 10:50 2445
-  A +

"Barselona"nın baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının qrup mərhələsində "Ayaks" qarşısında məğlubiyyəti (1:2) şərh edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis komandasının bir hissədə çox pis oyun nümayiş etdirdiyini deyib: "Kim olduğumuzu göstərə bilmədik və ilk 45 dəqiqədə qapımızda iki qol gördük. Futbolçularımın çıxışları rəqibinkindən zəif idi".

Martino bildirib ki, "Barsa" yalnız iki hissədə bir az yaxşı təsir bağışlayıb: "Ancaq bu da istədiyimiz nəticəni əldə etmək üçü yetərli olmadı. Hamımız belə zəif çıxış etməyimizin səbəbini düşünməliyik. Birinci hissədəki oyunumuz qəbuledilməzdi".


Son xəbərlər
topaz banner