Hafiz Məmmədov “Lans”ın rəsmi saytında (VİDEO)

Hafiz Məmmədov “Lans”ın rəsmi saytında (VİDEO)
XƏBƏR 26 Noyabr 2013 / 18:47 2140
-  A +

Fransanın "Lans" klubu rəsmi internet saytında Hafiz Məmmədovun Lansa səfəri zamanı lentə alınmış görüntülərdən hazırladığı videomaterial yerləşdirib.

Qol.Az-ın “Bakı”nın saytına istinadən yaydığı xəbərə görə, material Hafiz Məmmədovun Luvr qalereyasını ziyarəti ilə başlayır. Ardından "Lans" klubunun prezidenti Jerve Martelle "Feliks Bollar" stadionunda gəzişməsi, Fransa 2-ci liqasının "Lans"-"Şatoru" oyununu izləyən anları yer alır.

Videoda "Lans"ın qələbəsini alqışlayan Hafiz Məmmədov komandanın soyunub-geyinmə otağına gələrək, futbolçuları qələbə münasibə ilə təbrik edir və "9 milyonluq Azərbaycan xalqı sizi sevir və dəstəkləyir" sözləri ilə davam edir.

Qısa süjetdə “Bakı”nın və “Lans”ın sahibi 2 həftə ərzində Lansda təlim-məşq toplantısı keçirən "Bakı"nın U-15 komandasının gənc futbolçuları ilə görüşü də öz əksini tapıb.



Son xəbərlər
topaz banner