Marselo: "Qalatasaray"ı məğlub etməklə..."

Marselo: "Qalatasaray"ı məğlub etməklə..."
XƏBƏR 26 Noyabr 2013 / 17:42 2966
-  A +

"Real" (Madrid) klubunun müdafiəçisi Marselo Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah qarşılaşacaqları "Qalatasaray"la oyunöncəsi açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu sabah axşam "Qalatasaray"ı məğlub etməklə 1/8 finala vəsiqə qazanmaq istədiklərini bildirib:

"Çempionlar Liqasında qısa zamanda qrupdan çıxmağı rəsmiləşdirmək istəyirik. Bunun üçün gözəl şansımız var. "Qalatasaray"a qalib gəlməklə 1/8 finala vəsiqəni təmin edəcəyik. Bunun bacaracağımıza inanıram".

Qeyd edək ki, "Real" - "Qalatasaray" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
topaz banner