"Mançester Yunayted"lə 1000-ci oyunuma çıxmaq istəyirəm"

"Mançester Yunayted"lə 1000-ci oyunuma çıxmaq istəyirəm"
XƏBƏR 26 Noyabr 2013 / 17:03 2620
-  A +

"Mançester Yunayted" klubunun futbolçusu Rayan Qiqqz gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, uelsli futbolçu "Mançester Yunayted"lə 1000-ci oyununa çıxmaq istədiyini bildirib:

"Düzünü desəm, bu barədə heç düşünməmişəm. Təbii ki, komandamla 1000-ci oyuna çıxsam, bu mənim üçün əla olar. Alınmazsa, bu barədə danışmağa dəyməz. Əgər yaxşı oyun sərgiləsəm, karyeramı davam etdirəcəm. Çünki "Mançester Yunayted"lə 1000-ci oyunuma çıxmaq istəyirəm".
 
Qeyd edək ki, 1990-cı ildən "Mançester Yunayted"in şərəfini qoruyan Qiqqz bu komandanın heyətində 954 oyun keçirib.


 


Son xəbərlər
topaz banner