“Tottenhem” Andre Villaş-Boaşı istefaya göndərir?

“Tottenhem” Andre Villaş-Boaşı istefaya göndərir?
XƏBƏR 26 Noyabr 2013 / 16:38 2556
-  A +

"Tottenhem" baş məşqçisi Andre Villaş-Boaşla yolları ayıra bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın son turda "Mançester Siti"yə 0:6 hesabı ilə məğlub olması klub rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb.

Bundan başqa, portuqaliyalı mütəxəssisin qarşılaşmadan sonra futbolçularına "onlar utanmalıdırlar" ifadəsini səsləndirməsi oyunçuların da əhvalının pozulmasına səbəb olub.

Əgər "Tottenhem" bazar günü "Mançester Yunayted"lə matçda da məğlub olarsa, A.Villaş-Boaş istefaya göndəriləcək.


Son xəbərlər
topaz banner