“Real” və “Qalatasaray” oyuna ciddi itkilərlə çıxacaq

“Real” və “Qalatasaray” oyuna ciddi itkilərlə çıxacaq
XƏBƏR 26 Noyabr 2013 / 12:00 2846
-  A +

Çempionlar Liqasının qrup mərhələsində sabah baş tutacaq "Real" (Madrid) - "Qalatasaray" matçına hər iki komanda ciddi itkilərlə çıxacaq.

Qol.Az-ın Türkiyə mətbutına istinadən yaydığı məlumata görə, Madrid klubundan dörd futbolçu "Cim-bom"la oyunda forma geyə bilməyəcək. Bunlar milli komandalarda zədələnən Sami Xedira, Fabio Koentrau, Rafael Varan və  son olaraq "Almeriya" ilə matçda zədələnən Kriştiano Ronaldodur.

"Qalatasaray"dan isə qapıçı Fernando Muslera bu oyunu buraxmalı olacaq. Bundan başqa, Aykut, Engin Baytar, Yekta Kurtuluş da heyətə daxil edilməyib.


Son xəbərlər
topaz banner