Ançelotti: "Venger mənə qonaqlıq borcludur"

Ançelotti: "Venger mənə qonaqlıq borcludur"
XƏBƏR 26 Noyabr 2013 / 10:36 2162
-  A +

Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti Məsud Özilin "Arsenal"a tranfer olunması ilə bağlı maraqlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, "The Times" qəzetinə danışan italiyalı mütəxəssis Özil kimi istedadlı futbolçunu "Arsenal"a satdığı üçün Arsen Vengerin ona borclu olduğunu deyib:

"Arsenal" bu mövsüm çox yaxşı təsir bağışlayır. Ancaq onlara bizim də yardımımız oldu. Özili bu komandaya satmaq mənim qərarım idi. Buna görə Venger mənə bir qonaqlıq borcludur. 

Qeyd edək ki, Qaret Beylin "Real"a gəlişindən sonra Özil 47 milyon avro müqabilində "Arsenal"a transfer olundu.


Son xəbərlər
topaz banner