"Real" - "Qalatasaray" oyununun hakimləri müəyyənləşdi

"Real" - "Qalatasaray" oyununun hakimləri müəyyənləşdi
XƏBƏR 25 Noyabr 2013 / 15:01 1895
-  A +

Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq "Real"(Madrid) - "Qalatasaray" matçının baş hakiminin adı açıqlanıb.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığə məlumata görə, "Santyaqo Bernabeu" stadionunda keçiriləcək qarşılaşmanı isveçli Uilyam Kollam idarə edəcək. Ona Martin Kryans, Uilyam Konyuer kömək edəcək.

Xatırladaq ki, FİFA referisi olan U.Kollam İstanbul klubunun ötən mövsüm “ÇFR Kluj” (Rumniya) və "Şalke" (Almaniya) ilə oynadığı matçlarda da hakimlik edib. Bu qarşılaşmanın heç birində " Cim-bom" məğlub olmayıb.

Qeyd edək ki, "Real" - "Qalatasaray" matçı oktyabrın 27-i baş tutacaq.


Son xəbərlər
topaz banner