Skolari: "Braziliya istənilən rəqiblə bacara bilər"

Skolari: "Braziliya istənilən rəqiblə bacara bilər"
XƏBƏR 25 Noyabr 2013 / 14:40 1374
-  A +

Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis qarşıdakı dünya çempionatında heç bir rəqibdən çəkinmədiklərini bildirib:

"Mən püşkün nəticəsinə təsir göstərə bilmərəm. Bizə daha güclü rəqiblər düşə bilər. Ancaq bu püşkdür, istənilən rəqibə qarşı oyuna hazır olmalıyıq. İnanıram ki, komandam istənilən rəqiblə bacaracaq. Finala çıxmaq üçün turnirin ilk oyunundan mübarizə aparmalıyıq".

Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.


Son xəbərlər
topaz banner