"Real"la oyunöncəsi "Qalatasaray"a şad xəbər

"Real"la oyunöncəsi "Qalatasaray"a şad xəbər
XƏBƏR 25 Noyabr 2013 / 12:48 2827
-  A +

Türkiyə Superliqasında "Sivasspor"la matçda zədələnən "Qalatasaray"ın futbolçusu Burak Yılmazın son durumu bəlli olub.

Qol.Az-ın "NTVSpor"a istinadən verediyi məlumata görə, tibbi müayinədən keçən türkiyəli hücumçunun zədəsinin ciddi olmadığı aşkarlanıb.

"Cim Bom"un baş məşqçisi Roberto Mançininin istəyəcəyi təqdirdə B.Yılmazın Çempionlar Liqasında "Real" (Madrid) klubu ilə matçda forma geyinə biləcəyi açıqlanıb.

Qeyd edək ki, B.Yılmaz "Sivasspor"la matçda fərqlənərək liqada vurduğu qolların sayını 100-ə çatdırıb.

Son xəbərlər
topaz banner