Ronaldo "Qalatasaray"la oyunu buraxa bilər

Ronaldo "Qalatasaray"la oyunu buraxa bilər
XƏBƏR 24 Noyabr 2013 / 11:57 3310
-  A +

İspaniya La Liqasının 14-cü turunda dünən keçirilən "Almeria" - "Real" oyununda (0:5) qonaqların futbolçusu Kriştiano Ronaldo zədələnib.

Qol.Az-ın məlumatına görə, komandasının ilk qolunu vuran portuqaliyalı hücumçu ikinci hissənin əvvəllərində sağ ayağından zədələnərək oyunu davam etdirə bilməyib.

Həkimlərin ilkin müayinəsinə görə, Ronaldo noyabrın 27-də "Qalatasaray"la keçirilcək Çempionları liqası matçını buraxa bilər.

Son xəbərlər