"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Fransada işgüzar səfərdədir.
Qol.Az-ın məlumatına görə, dünən klubun prezidenti dünyaca məşhur Luvr muzeyinin Lans şəhərində yerləşən filialını ziyarət edib.
Ziyarət zamanı Hafiz Məmmədovu Nor Pa de Kale regionunun başçısı Daniel Perşeron (Daniel PERCHERON), Lans şəhərinin meri Silven Rober (Sylvain ROBERT), "Lans" klubunun prezidenti Jerve Martel (Gervais MARTEL) müşaiyət ediblər.
Lans-Luvrda fəxri qonaqları qarşılayan muzey direktoru, tanınmış sənətşünas Ksavye Dekto (Xavier DECTOT) Luvr muzeyin tarixi və 2012-ci ildən fəaliyyət göstərən Lans bölməsində sərgilənən eksponatlar barədə ətraflı məlumat verib.
II Luvr adlandırılan və Luvr muzeyinin ilk rəsmi filialı kimi tanınan Luvr-Lans muzeyinin ildə 450-500 min adam tərəfindən ziyarət olunduğunu bildirən sənətşünas 20 hektar ərazidə yerləşən kompleksin SANAA Yaponiya arxitektura bürosunun layihəsi əsasında tikildiyini deyib.
Ətraflı gəzinti zamanı qonaqlar Luvr muzeyindən gətirilən 205 nadir eksponatla tanış olmaqla yanaşı, şüşəli pavilyon, 120 metrlik Zaman qalereyasını izləyiblər. Burada IV əsrdən 1850-ci ilə qədər yaşayıb-yaratmış sənət ustalarının rəsm və skulpturaları yerləşdirilib.
"Bakı"nın prezidenti Hafiz Məmmədov Luvr muzeyinin ardından "Lans" klubunun arenası "Feliks Bollar" stadionuna dəvət olunub. "Lans" klubunun prezidenti Jerve Martel stadion və infrastruktur barədə ətraflı məlumat verdikdən sonra qonaqlar klub muzeyinə baş çəkiblər.
Qeyd etmək yerinə düşər ki, Fransa 2-ci liqasında mübarizə aparan "Lans" bu gün bu arenada 14-cü turun oyununa çıxacaq. Hafiz Məmmədov "Şatoru"nu qəbul eədəcək meydan sahiblərinin oyununu şərəf tribunasından izləyib. Bakı vaxtı ilə saat 17:00-da başlayan oyun "Lans"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?