Argentinalı ulduz futbolçu həbs olundu

Argentinalı ulduz futbolçu həbs olundu
XƏBƏR 23 Noyabr 2013 / 17:13 2896
-  A +

Argentina millisinin və "Bayer" (Leverkuzen) klubunun keçmiş futbolçusu Dieqo Plasente həbs olunub.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, buna onun on iki il əvvəl vergidən yayınması səbəb olub.

Bildirilib ki, oyunçu "Bayer"də oynadığı dönəmlərdə 2 milyon avro vergi ödəməyib. Bu səbəbdən D.Plasente yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, 36 yaşlı futbolçu 2001-2005-ci illərdə 123 dəfə "Bayer" forması geyinib. O, Argentina millisində isə 22 matça çıxıb.

Son xəbərlər
topaz banner