Qara Qarayev: "Eyni gərginliyi yenidən yaşamaq istəmirik"

Qara Qarayev: "Eyni gərginliyi yenidən yaşamaq istəmirik"
XƏBƏR 22 Noyabr 2013 / 16:18 1851
-  A +

"Rəvan"la oyuna eyni qaydada hazırlaşırıq. Milli oyunlarla əlaqədar fasilə yarananda istər-istəməz kollektiv çalışmaya təsir edir. Amma istənilən halda meydana qələbə üçün çıxacağıq. Düzdü, itkilərimiz var amma inanıram ki, bu oyunumuza təsir etməyəcək".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun futbolçusu Qara Qarayev klubun rəsmi saytına açıqlamasında deyib.

Q.Qarayev ilk dövrədəki oyunu (1:1) unutmadıqlarını bildirib: "Rəvan"ın turnir cədvəlindəki mövqeyi heç kimi aldatmamalıdır. Bütün oyunlar 90 dəqiqə mübarizə tələb edir. Ümumiyyətlə Premyer Liqada zəif rəqib anlayışı qalmayıb.

Üstəlik, "Rəvan"da baş məşqçi dəyişikliyi baş verib. Yəqin, bizimlə oyuna yaxşı hazırlaşıblar. Çətin oyun olacaq. İlk dövrədəki oyunu unutmamışıq. Çox üstün futbol sərgiləsək də, 1 xalı son dəqiqələrdə vurduğumuz qolla qazanmışdıq. Eyni gərginliyi yenidən yaşamaq istəmirik. Meydana kim çıxırsa çıxsın "Qarabağ"ın adına layiq şəkildə mübarizə aparacağıq". 

Qeyd edək ki, "Qarabağ" - "Rəvan" oyunu bazar günü, saat 17:00-da başlayacaq.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə