"Real" (Madrid) klubunun sabiq futbolçusu Quti Hernandez "Qızıl top"u qazanmağa namizəd futbolçunun adını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan ispaniyalı futbolçu "Real"ın hücumçusu Kriştiano Ronaldonun bu mükafatı almağa daha layiq olduğunu bildirib:
"Burada müəyyən anlaşılmazlıq var. Əgər FİFA "Qızıl top"u il ərzində ən çox titul qazanan futbolçuya verirsə, bu başqa məsələ. Ancaq yenə də heç nə anlamıram. Çünki İniyesta 2010-cu ildə İspaniya yığması ilə dünya çempionu olsa da, "Qızıl top" Messiyə verilmişdi. Yox əgər mükafat ən yaxşı futbolçuya verilirsə, bu il Ronaldonun aşkar üstünlüyü hiss olunur. O, hazırda Messi və Riberidən 2-3 addım öndədir".
Qeyd edək ki, Quti 1995-2010-cu illərdə "Real" klubunun şərəfini qoruyub.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"