Azərbaycanla oyundan sonra istefaya göndərildi

Azərbaycanla oyundan sonra istefaya göndərildi
XƏBƏR 22 Noyabr 2013 / 14:28 2297
-  A +

Estoniya Futbol Federasiyası (EFF) 7 ildir ki, yığmanı çalışdıran Tarmo Rüütli ilə yolları ayırıb.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı məlumata görə, EFF müqaviləsi başa çatan 59 yaşlı mütəxəssislə əməkdaşlığa son qoyub.

Ölkənin futbol federasiyasının prezidenti Ayvar Pohlak deyib ki, baş məşqçinin millidəki taleyinə Estoniyanın Azərbaycan yığması ilə noyabrın 15-də oynadığı yoldaşlıq matçından (2:1) sonra qərar verilib.

Qeyd edək ki, millini yeni çalışdırıcısının adı qarşıdakı iki həftə ərzində açıqlanacaq.

Daha çox


Son xəbərlər
topaz banner