"Qalatasaray"ın futbolçusu 3 klubun hədəfində

"Qalatasaray"ın futbolçusu 3 klubun hədəfində
XƏBƏR 22 Noyabr 2013 / 13:44 3122
-  A +

"Qalatasaray" klubunun yarımmüdafiəçisi Nordin Amrabat karyerasını Hollandiya çempionatında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, bu ölkənin "Tvente" klubu mərakeşli futbolçunu icarəyə götürməyi planlaşdırır.

"Qalatasaray"ın əsas heyətindən kənarda qalan Amrabatın qışda komandadan ayrılacağı gözlənilir. Lakin təcrübəli futbolçu ilə "Dinamo" (Moskva) və "Hall Siti"nin də yaxından maraqlanması "Tvente"nin işini çətinə salır.

Qeyd edək ki, Amrabat daha öncə verdiyi açıqlamasında İngiltərə Premyer Liqasında oynamaq istədiyini bildirmişdi.

Daha çox


Son xəbərlər
topaz banner