Almeyda: "Atletiko"dan təklif gələrsə..."

Almeyda: "Atletiko"dan təklif gələrsə..."
XƏBƏR 22 Noyabr 2013 / 12:37 2009
-  A +

"Beşiktaş"ın futbolçusu Huqo Almeyda "Atletiko"ya (Madrid) transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu Madrid klubundan rəsmi təklif almadığını deyib. Ancaq o, La Liqa təmsilçisində məmnuniyyətlə oynamaq istədiyini bildirib: "Atletiko" böyük klubdur. Mənə təklif göndərsələr, qəbul edərəm. La Liqada forma geymək istəyərəm. İspaniya futbolu mənim üçün çox yaxşı bir gələcək ola bilər".

Qeyd edək ki, 29 yaşlı futbolçu 2010-cu ildən "Beşiktaş"ın şərəfini qoruyur.

Daha çox


Son xəbərlər
topaz banner