Ronaldo: "Qızıl top"u düşünmürəm"

Ronaldo: "Qızıl top"u düşünmürəm"
XƏBƏR 22 Noyabr 2013 / 11:02 2443
-  A +

"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo Madrid klubunda olduğu üçün çox xoşbəxtdir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu futbolçu karyerasını hazırkı komandasında başa vurmaq istədiyini deyib.

Ronaldo "Qızıl top" mükafatını təqdimetmə mərasiminə qatılıb-qatılmayacağına da münasibət bildirib: "Mərasimdə iştirak edib-etməyəcəyim dəqiq deyil. Ancaq mən "Qızıl top"u düşünmürəm".

Ulduz futbolçunun sözlərinə görə, Madrid klubunda oynayırsa, ildən-ilə daha da yaxşı formada olmağa çalışmalıdır: "Yaşım artdıqca bəzi şeylərin fərqində oluram. 4 il əvvəl olsa, bəzi səhvlər etməzdim".

Daha çox


Son xəbərlər
topaz banner