“Bakı” futbol klubunun U-15 komandası Fransanın Lans şəhərində təlim-məşq toplanışı keçməsi barədə xəbər vermişdik. Bu prosesdə “Lans” klubunun məşqçi heyəti də yaxından iştirak edir. U-15 komandasına təhkim olunmuş təcrübəli məşqçi Arsen Herve (Arsene Herve) “Bakı” futbol klubunun rəsmi internet saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə təqdim edirik.
- Komandanın hazırlıq prosesi barədə nə deyə bilərsiniz?
- Təlim-məşq toplantısı plana uyğun şəkildə davam edir. Əminəm ki, Lansda keçirilən 2 həftə faydalı olacaq. Bu uşaqlara təcrübə lazımdır. Onlar Azərbaycana döndükdən sonra qazandıqları təcrübə və biliklər sayəsində daha da güclü olacaqlar.
- Yoxlama oyunlarını necə dəyərləndirirsiniz?
- Bu oyunlar, qeyd etdiyim kimi, təcrübə baxımından önəmlidir. 3 yoxlama oyununda meydana çıxan uşaqlar məğlub oldular, ancaq bu qarşılaşmaların idman nəticəsi baxımından əhəmiyyət kəsb etmədiyini vurğulamaq istəyirəm.
- Perspektivi necə görürsünüz?
- Əsas məsələ fərqli məktəbin komandası ilə oynamaq və çatışmayan cəhətləri müəyyən etməkdir. Bu işlər gələcəyə hesablanıb. Gələcək uğurların təməlini qoyuruq. Bu uşaqlar Lansa öyrənməyə gəliblər. İndi onlar öz üzərlərində daha çox və əzmlə çalışmalıdır ki, bir üst səviyyəyə yüksələ bilsinlər. Təbii ki, mən də öz tövsiyyələrimi bildirirəm.
- “Lans”la ”Bakı”nın əməkdaşlığını necə qiymətləndirirsiniz?
- İki klub arasında yaranan əməkdaşlıqdan qürur duyuruq. Biz qarşılıqlı faydalı əməkdaşlıq sayəsində daha da irəli gedəcəyik. Bir-birimizdən öyrənilməsi vacib olan çox məqamlar var. Eyni zamanda iki klubun dostluğu ölkələrimiz arasında münasibətlərin inkişafında da öz rolunu oynayacaq. Fransa və Azərbaycan dost ölkələrdir. İndi bizim üçün bu əlaqələrin önəmi daha da artmış olur. Bu baxımdan cənab Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm.
- Sizi Bakıda nə vaxt görəcəyik?
- Mən və həmkarlarım yaxınlarda Azərbaycana gəlməyi planlaşdırırıq. Biz Azərbaycan futbolunun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq. Futbol biliklərimiz və təcrübəmizə arxalanaraq, onu deyə bilərəm ki, bunun nəticəsini gözləmək üçün o qədər də uzun zaman tələb olunmayacaq. Ölkəniz istedadlı insanların vətənidir, sadəcə onları düzgün istiqamətə yönəltmək lazımdır. İnanıram ki, tezliklə Bakıda görüşəcəyik.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?