İbrahimoviç Fransada “İlin adamı” oldu

İbrahimoviç Fransada “İlin adamı” oldu
XƏBƏR 21 Noyabr 2013 / 13:09 1602
-  A +

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç yüksək mükafata layiq görülüb. Qol.Az-ın xəbərinə görə, “GQ” jurnalının  versiyasına əsasən, İsveç millisinin futbolçusu Fransada “İlin adam”ı seçilib. İbrahimoviçlə eyni klubda oynayan Blez Matyuydi isə ilin idmançısı adına layiq görülüb.

Xatırladaq ki, 32 yaşlı İbrahimoviç ötən mövsüm 1994-cü ildən bəri çempionluq üzünə həsrət qalan PSJ-nin qızıl medalları qazanmasında əsas rol oynayıb. Onun özü isə 34 oyunda 30 qol vuraraq çempionatın ən yaxşı bombardiri olub.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq