"Barselona" FİFA-nın qərarına etiraz etdi

"Barselona" FİFA-nın qərarına etiraz etdi
XƏBƏR 21 Noyabr 2013 / 12:35 2580
-  A +

FİFA-nın "Qızıl top" mükafatının qalibi üçün keçirilən səsvermənin vaxtını uzatması narazılıqla qarşılanıb.

Qol.Az-ın məlumatına görə, Kataloniyanın mətbuat orqanları bu qərarı "Barselona"nın hücumçusu Lionel Messiyə qarşı bir addım olduğunu yazıb.
 
Onlar FİFA-nın səsvermənin vaxtını uzatmaqla Kriştiano Ronaldonun bu mükafatı qazanmasına şərait yaratdığını iddia edirlər.

Qeyd edək ki, bu mükafat üçün əvvəlcə səsvermənin noyabrın 15-də başa çatacağı açıqlanmışdı. Ancaq sonradan FİFA bunu noyabrın 29-a qədər uzadıb və daha öncə səsverənlərə öz seçimlərində dəyişiklik etmək üçün icazə verilib.

 

Daha çox


Son xəbərlər
topaz banner