Əlcəzairdə 12 nəfər futbol bayramının qurbanı olub

Əlcəzairdə 12 nəfər futbol bayramının qurbanı olub
XƏBƏR 21 Noyabr 2013 / 10:06 1773
-  A +

Əlcəzair millisinin Braziliyada keçiriləcək  futbol üzrə dünya çempionatının final hissəsinə çıxması coşqu ilə qeyd edilib.
 
Lent.az-ın "BBC"yə istinadən məlumatına görə, bu bayrama kədər də qatılıb.
 
Yerli xilasedicilər bildirib ki, Əlcəzairin şərqində oyunu  izləməyə gələnləri daşıyan avtofurqonun dağdan aşması nəticəsində 5 azarkeş, ölkənin cənubundakı avtomobil qəzasında isə 4 nəfər həlak olub.  Daha 3 futbol fanatının həlak olması şəraiti barədə məlumat verilməyib.
 
Xatırladaq ki, Əlcəzair son oyunda Burkina – Fasonu 1:0 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər
topaz banner