"Borussiya"da iki ciddi itki

"Borussiya"da iki ciddi itki
XƏBƏR 20 Noyabr 2013 / 17:38 2414
-  A +

Almaniyanın "Borussiya" (Dortmund) klubu bundesliqada "Bavariya" ilə vacib matçöncəsi ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın iki futbolçusu - Mats Hummels və Marsel Şmelçer sıradan çıxıb. Hər iki alman oyunçu İngiltərə ilə yoldaşlıq matçında zədələnib. M.Hummelsin yanvar ayının ortasına qədər, M.Şmelçerin isə 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, "Borussiya" - "Bavariya" matçı noyabrın 23-ü baş tutacaq.

Daha çox


Son xəbərlər
topaz banner