Messi: “Özümü tam yaxşı hiss etmədən yaşıl meydana qayıtmayacağam”

Messi: “Özümü tam yaxşı hiss etmədən yaşıl meydana qayıtmayacağam”
XƏBƏR 20 Noyabr 2013 / 17:03 2622
-  A +

Bu gün "Barselona"nın futbolçusu Lionel Messiyə "Qızıl buts" mükafatı təqdim olunub.

Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, mükafatlandırma mərasimində argentinalı hücumçu bu uğuru çətin günlərində onun yanında olan insanlara həsr edib: "Komanda yoldaşlarım olmasaydı, bu mükafatı ala bilməzdim”.

Hazırda zədəli olan Messi yaşıl meydanlara nə zaman qayıdacağı barədə də danışıb: "Yeni ilin ilk matçında iştirak edib-etməyəcəyimi bilmirəm. Özümü tam yaxşı hiss etmədən yaşıl meydana qayıtmayacağam".

Qeyd edək ki, Messi La Liqada noyabrın 10-da "Betis"lə matçda zədələnmişdi. Onun 6-8 həftə yaşıl meydanlarda uzaq qalacağı açıqlanmışdı.

Daha çox


Son xəbərlər
topaz banner