“Heç bir transfer etməyəcəyik"

“Heç bir transfer etməyəcəyik"
XƏBƏR 20 Noyabr 2013 / 16:31 3513
-  A +

Hazırda Almaniya bundesliqasında birinci pillədə olan "Bavariya" qış transferi pəncərəsində heyətinə heç bir futbolçunu qatmayacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə klubun idarə heyətinin üzvü Karl Haynz Rummenigge Almaniya mətbuatına açıqlamasında deyib. O, komandada hazırda zədəli oyunçuları olmasına bamxayaraq, yeni transferə ehtiyac olmadığını bildirib:

"Geniş bir heyətə sahibik. Meydanda da möhtəşəm oyun nümayiş etdiririk. Zədəli futbolçular da yenidən oyunlarda iştirak etdikdən sonra  problemimiz qalmayacaq. Futbolçuların hamısı komandadan ayrılmaq istəmir. Dəqiq deyə bilərəm ki, yanvar ayında heç bir transfer etməyəcəyik".

Daha çox


Son xəbərlər
topaz banner