“Qızl top” Ronaldoya veriləcək?

“Qızl top” Ronaldoya veriləcək?
XƏBƏR 20 Noyabr 2013 / 15:26 3497
-  A +

Dünən DÇ-2014-ün "pley-off" mərhələsində İsveçlə matçda het-trik edən Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo göstərdiyi oyunla hər kəs tərəfindən bəyənilib.

Qol.Az-ın məlumatına görə, Portuqaliyanın dünya çempionatına getməsinin ən böyük səbəbkarı olan hücumçunun bu çıxışı "Qızıl top" mükafatındakı şanslarını da artırıb.

Futbol şərhçiləri hesab edir ki, bu il 66 qol vuran Ronaldo “pley-off”dakı son iki çıxışına görə dünyanın ən yaxşı futbolçusu ola bilər. Portuqaliyalı hücumçunun bu il Lionel Messi və Frənk Riberidən daha üstün oyun sərgilədəyi bildirilir.

Qeyd edək ki, "Qızı top" mükafatında səsvermənin vaxtı noyabrın 29-a qədər uzadıb.

Xatırladaq ki, Ronaldo İsveçlə hər iki matçda (1:0 və 3:2) komandasının vurduğu bütün dörd qolun müəllifi olub.

Daha çox


Son xəbərlər
topaz banner