“Neftçi” PFK digər klublarda icarə əsasında çıxış edən futbolçularını hər zaman diqqətdə saxlayır. Bu dəfə BƏƏ-nin “Əl Şaab” klubunda forma geyinən futbolçumuz Julius Vobay klubun rəsmi saytına müsahibə verib:
- Mövsümün əvvəlindən BƏƏ-nin “Əl Şaab” klubunda oynayırsan. Yeni mühitə və komandaya uyğunlaşa bilmisən?
- Düzünü desəm, bura ilk gəldiyim günlər Bakı üçün və oradakı dostlarım üçün daha çox darıxırdım. Yeni insanlarla münasibət qurmağa vaxt lazım idi. Bildiyimə görə buradakı oyunumu Azərbaycanda da maraqla izləyirlər. Sevinirəm ki, məxsus olduğum “Neftçi” klubu da məni daim nəzarətdə saxlayır. Komandamın rəsmi internet səhifəsində burada vurduğum qollar və ötürmələr yerləşdirilmişdi. Həqiqətən bu məni çox ruhlandırır və qürurlandırır. Azərbaycanla BƏƏ-nin təbiəti fərqlidir. Müsəlman olduğum üçün həm Bakıda, həm də burada özümü rahat hiss edirəm. BƏƏ-də müxtəlif millətlərin nümayəndələri var deyə ortaq dil kimi ingilis dili işlənir və buna görə də ünsiyyət problemi yaşamadım. Yeni komandamda da çoxlu dostlarım var.
- “Neftçi”nin səninlə daim maraqlandığını dedin, sən necə komandanın oyununu izləyə bilirsənmi?
- Əlbəttə ki, “Neftçi”nin oyunlarından əsas məqamları internet vasitəsilə izləyirəm. Sevinirəm ki, bizimkilər indi də çempionatın liderlər qrupundadır. Etiraf eləmək lazımdı ki, Azərbaycan çempionatında mübarizə getdikcə çətinləşir. Amma mənim favoritim təbii ki, “Neftçi”dir. Komandada güclü rəqabətin olduğu hiss edilir. Ötən mövsüm mən oynadığım mövqedə, bu il Araz Abdullayev meydana çıxır. Komandaya nə qədər xeyir verdiyi də göz qabağındadır. Nforun da gözəl oyunu bir afrikalı kimi məni sevindirməyə bilməz. “Neftçi” ən çətin anlarda belə toparlanmağı bacaran komandadı inanıram ki, 4-cü çempionluğu qazanacaq. Bildiyimə görə komandaya yeni baş məşqçi təyin edilib. Nazim Süleymanova da işlərində uğurlar arzulayıram.
- BƏƏ-nin çempionatının səviyyəsi necədir və komandanızın çıxışı barədə nə deyə bilərsən?
- Mübarizə baxımından BƏƏ-nin çempionatı Azərbaycan Premyer Liqasına çox bənzəyir. Burada da futbolçular daha çox texnikalı, fərdi oyuna üstünlük verir. Elə “Neftçi”nin özündə elə futbolçular var ki, burada rahatlıqla çıxış edə bilərlər. Dediyim kimi bir az hava şəraiti fərqlidir amma ona da uyğunlaşarlar. Demək olar ki, hər oyunda iştirak edirəm və deyim ki, pis də alınmır. Mən çempion komandada çıxış etmişəm və hazırki vəziyyətlə razılaşa bilmərəm. Komanda olaraq hələlik istədiyimiz nəticələri qazana bilməmişik. Rəqibdən üstün olduğumuz bəzi oyunlarda sadəcə bəxtimiz gətirməyib. Fikrimcə növbəti oyunlarda qələbə qazanaraq turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıracağıq.
- Vobay “Neftçi” azarkeşlərinin sevimli futbolçularından biri olub və indi də belədir. Bəs “Əl Şaab” tərəfdarlarının sənə münasibəti necədir?
- Harada oynamağımdan asılı olmayaraq çalışıram ki, azarkeşlərin sevgisini qazanım. Əgər onlar səni qəbul etmirsə komandaya xeyrin dəyə bilməz. “Neftçi”də azarkeşlərin bu dəstəyini qazana bilmişdim. İndi Bakıdan çox uzaqdayam amma komanda yoldaşlarımla yanaşı azarkeşlər də məni unutmurlar.
- Vobay “Neftçi” ilə qazandığı uğurların davamını gətirmək istəyirmi?
- Niyə də yox. “Neftçi” mənim üçün karyeramın zirvəsidir. Üstəlik müqavilə ilə “Neftçi” PFK-ya məxsusam. Amma təkcə mənim qərar verməyim kifayət deyil. Mövsümün sonunda “Əl Şaab” klubu ilə icarə müddəti başa çatır. Bundan sonra karyeramı harada davam etdirəcəyimə də “Neftçi” PFK qərar verəcək. Şəxsi fikrimi bilmək stəyirsinizsə, təbii ki, “Neftçi” ilə avrokuboklarda yeni tarix yazmaq istəyirəm. Həmin hissləri təkrar yaşamaq çox gözəl olardı. Bunun üçün gərək daim ideal formada olasan. Fürsətdən istifadə edib bir daha bütün Azərbaycana salamlarımı yollayıram. İnanıram ki, “Neftçi” mövsümün sonunda çempion olacaq və mən də qayıdıb komandam üçün avrokuboklarda əlimdən gələn köməyi edəcəyəm.
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
İtaliya millisi Pirloya tapşırıldı
Rodri əməliyyat olunacaq
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
Ceyhun Nuriyevin yeni klubu
Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi
De Yonq Niderland millisinii günahlandırır
Van Bommelin təyinatı açıqlandı
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
"İmişli"dən ayrılan futbolçu "Xankəndi"də
Klopp debütünü Niderlanda qarşı edəcək
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Per Mertezaker Almaniya millisində - Rəsmi
"Zirə"dən ayrılan hücumçu bu kluba keçdi
Yurgen Klopp rəsmən Almaniya millisində! - Yenilənib
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Qvardiola İtaliya millisinə "yox" dedi
Argentina millisi ilə vidalaşdı
"Payde"nin kapitanı "Zirə" ilə oyundan danışdı
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Futbolun ən gözəl tərəfi - Masazırdan reportaj
"Cavab oyununda bəzi şeyləri dəyişməliyik" - Mateuş Koxalski
"Beşiktaş"ın qələbəsi - Video
Millinin baş məşqçisi ilə bağlı qərar verildi
"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" - Joni Montiel
De Yonq uzun müddət oynamayacaq
Vüsal KL matçında oynadı, komandası qalib gəldi
"Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
I Liqa klubu anqolalını transfer etdi
"Qarabağ"ın potensial rəqiblərinin oyununda darmadağın
Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”
Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurdu - Video
"Qarabağ" - SSKA oyunu heç-heçə yekunlaşdı
"Zirə" "Payde"yə uduzdu
"Milan"ın Modriç qərarı - Rəsmi
"Liverpul"la yeni müqavilə imzaladı
Qvardiolanın təyinatına maaş əngəli
Qurban Qurbanov onu bağışladı
"Payde" - "Zirə": Heyətlər açıqlandı
“Qarabağ” SSKA ilə oyuna bu heyətlə çıxır