“Real” Xabi Alonsoya yeni müqavilə təklif etdi

“Real” Xabi Alonsoya yeni müqavilə təklif etdi
XƏBƏR 20 Noyabr 2013 / 14:20 1709
-  A +

"Real" (Madrid) futbolçusu Xabi Alonsoya iki illik yeni müqavilə təklif edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi yeni  sözləşməni imzalayacağı təqdirdə, ildə 4.5 milyon yarım avro qazanacaq.

Hazırda "Çelsi" və "Yuventus" kimi klubların maraq dairəsində olan X.Alonsonun hansı qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, əgər futbolçu klubun ona təklif etdiyi müqaviləni rədd etsə, "Real"ın "Borussiya"nın yarımmüdafiəçisi İlkay Gündoğanın transferi üçün danışıqlara başlayacağı bildirilir.

Daha çox


Son xəbərlər
topaz banner