"Barselona"da daha bir ciddi itki

"Barselona"da daha bir ciddi itki
XƏBƏR 20 Noyabr 2013 / 12:11 2873
-  A +

“Barselona”nın qapıçısı Viktor Valdes İspaniya millisinin CAR-la keçirdiyi yoldaşlıq görüşündə zədələnib.

Qol.Az-ın məlumatına görə, ikinci hissədə meydana çıxan futbolçu 81-ci dəqiqədə əvəzlənməli olub.
 
İlkin məlumata görə, Valdes dizaltı bağlarından xəsarət alıb. Bu gün tibbi müayinədən keçən təcrübəli qolkiperin 6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, Valdesdən başqa Messi, və Alba da növbəti oyunlarda Kataloniya klubuna kömək edə bilməyəcək. 

Daha çox


Son xəbərlər
topaz banner