"Barselona"nın Messisiz də qazana biləcəyini hər kəs görəcək"

"Barselona"nın Messisiz də qazana biləcəyini hər kəs görəcək"
XƏBƏR 20 Noyabr 2013 / 11:19 2322
-  A +

"Barselona"nın vitse-prezidenti Xosep Mariya Bartomeu təxmini iki ay yaşıl meydanlardan uzaq qalacaq Lionel Messinin zədəsi barədə danışıb.

Qol.Az-ın məlumatına görə, klub rəsmisi İspaniya radiolarından birinə açıqlamasında deyib ki, argentinalı hücumçu ancaq tam hazır olduğu zaman yaşıl meydanlara qayıdacaq: "Zədəsi 2 və ya 3 həftəyə sağala bilər. Amma biz onun tam sağalması və meydana əvvəlki formasında çıxması üçün bir qədər də gözləyəcəyik".

X.M.Bartomeu Kataloniya klubunun Messi olmadan iştirakının bir tərəfdən yaxşı olacağını bildirib: "Barselona"nın Messisiz də qazana biləcəyini hər kəs görəcək".

Daha çox


Son xəbərlər
topaz banner