"Mançester Siti"nin "Barselona"nın qapıçısını istəyir

"Mançester Siti"nin "Barselona"nın qapıçısını istəyir
XƏBƏR 20 Noyabr 2013 / 00:35 1863
-  A +

İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın qapıçısı Viktor Valdezi transfer etməyi planlaşdırır.

Qol.Az-ın məlumatına görə, Co Hartın son turlarda səhvlərlə yadda qalması klubun baş məşqçisi Manuel Peleqrinini hərəkətə keçirib.

Təcrübəli mütəxəssis bu mövsüm möhtəşəm oyunu ilə adından söz etdirən "Barselona"nın qapıçısını komandasında görmək istəyir. Daha öncə verdiyi açıqlamasında Kataloniya klubunu tərk edəcəyini bildirən Valdezin "Mançester Siti"yə keçəcəyi istisna olunmur.

Qeyd edək ki, “Monako” klubunun da Valdezlə yaxından maraqlandığı bildirilir.

Daha çox


Son xəbərlər
topaz banner