Fransa ümidini itirmir

Fransa ümidini itirmir
XƏBƏR 19 Noyabr 2013 / 16:02 2009
-  A +

Bu axşam 2014-cü il dünya çempionatına Avropa qitəsindən son vəsiqələ alacaq komandaların adları müəyyənləşəcək. Noyabrın 15-də keçirilən ilk oyunlardan sonra mundiala yollanmaq şansı ən yüksək olan komanda Ukranya millisi sayılır. Çünki ukraynalılar evdə keçirdikləri ilk görüşdə Fransa millisinə 2 cavabsız qolla qalib gəlib. Əgər, Fomenkonun komandası səfərdə azı 1 qol vurarsa, Fransa millisi ümumi hesabda qalib gəlmək üçün Ukraynanın qapısından 4 top keçirməlidir. Bu isə real görünmür. Vəziyyətın heç də yaxşı olmamasına baxmayaraq fransızlar nikbinliyini itirmir. Kiyevdəki matçda müdafiəçilər tərəfindən tam zərərsizləşdirilən fransızların lideri Frank Riberi cavab qarşılaşmasında lazımi hesabla qalib gələcəklərinə əmin olduğunu deyib."Özümü heç vaxt belə güclü hiss etməmişəm" deyən Riberi azarkeşləri stadiona səsləyib və onları sevindirəcəklərinə söz verib. Hücumçu Olivye Jiru da cavab matçına tam konsentrasiya olduqlarını açıqlayıb. o deyib ki, mundiala getmək naminə hətta meydanda ölməyə belə hazırdır. Baş məşqçi Didye Deşamın da fikirləri maraqlıdır: "ilk oyunda Ukrayna bizdən daha istəkli, daha aqressiv idi. Cavab matçında isə tam fərqli Fransa görəcəksiniz. İmkanlarımızı ən yüksək səviyyədə nümayiş etdirməliyik. Oyunboyu rəqibi güclü təzyiq altında saxlamalı, sürətli oyunla ukraynalılara göz açmağa imkan verməməliyik. Onlar əvvəl-axır səhvə yol verəcəklər". 
 

Ukrayna millisini qayğılandıran əsas məsələ isə, iki mərkəz müdafiəçisi - Kuçer və Fedetskinin cəza üzündən Parisdəki matçı buraxmasıdır. Onlarsız Ukraynanın işi həqiqətən çətin olacaq. Bakı vaxtıyla gecə saat 12-də başlanacaq qarşılaşmada həyəcan və gərginliyin ən pik həddə olacağı şübhəsizdir. Axı, söhbət dünya çempionatına vəsiqədən gedir. Bu həyəcana www.etopaz.az-la bir qədər də rəng qata bilərsiniz. Fransa-Ukrayna qarşılaşmasına "tək oyun" statusu verən www.etopaz.az-da matçın əmsalları belədir: Fransanın qələbəsi 1.3, heç-heçə 4.0, Ukraynanın qələbəsi 7.5. Meydanda güclü, www.etopaz.az-da şanslı qazanır. Oynayın və qazanın!!!

Daha çox


Son xəbərlər
topaz banner