"Barselona" yeni qapıçı alır

"Barselona" yeni qapıçı alır
XƏBƏR 19 Noyabr 2013 / 15:57 3059
-  A +

"Barselona" mövsümü sonunda komandadan ayrılacağı gözlənilən qapıçısı Viktor Valdesin yerinə yanvar ayında yeni futbolçu transfer etməyi planlaşdırır.

Qol.Az-ın məlumatına görə, "RAC1" radiosuna danışan klubun vitse-prezidenti Xosep Mariya Bartomeu deyib ki, ilk hədəfləri qış transferi pəncərəsində komandaya yeni qapıçı gətirməkdir: "Bu barədə danışıqlarımız davam edir. Seçimimiz azdır".

Klub rəsmisi maraqlandıqları qapıçıların adlarını da açıqlayıb:"Əsas namizədlər Ter Steqen və Pepe Reynadır".

Daha çox


Son xəbərlər
topaz banner