"Mançester Yunayted"dən Di Mariyaya 21 milyon avro

"Mançester Yunayted"dən Di Mariyaya 21 milyon avro
XƏBƏR 19 Noyabr 2013 / 14:38 2067
-  A +

“Mançester Yunayted” klubu heyətini Madrid “Real”ının yarımmüdafiəçisi Anxel Di Mariya ilə gücləndirmək istəyir.

Qol.Az-ın məlumatına görə, İngiltərə klubu argentinalı futbolçunu qış transfer dönəmində almaq niyyətindədir.

"Mankunian"lar Di Mariyaya görə qarşı tərəfə 21 milyon avro ödəməyə hazırdırlar. Amma çətin ki, “Real” 25 yaşlı futbolçunu başqa komandaya buraxsın. Belə ki, baş məşqçi Karlo Ançelotti zədəli Sami Xediranın mövqeyində məhz argentinalı futbolçunu oynatmağı planlaşdırır.

Daha çox


Son xəbərlər
topaz banner