Fatih Terim hamını geridə qoydu

Fatih Terim hamını geridə qoydu
XƏBƏR 19 Noyabr 2013 / 12:51 2507
-  A +

Türkiyə Futbol Federasiyasının baş məşqçi Fatih Terimlə 5+2 sistemi ilə imzaladığı müqavilə bəzi xüsusi cəhətləri ilə diqqəti çəkib.

Qol.Az-ın məlumatına görə, sporx.com-un apardığı araşdırma zamanı məlum olub ki, heç bir Avropa ölkəsində çalışdırıcı ilə bu qədər uzun müddətə sözləşmə imzalanmayıb.

Dünyanın ən güclü yığması olan İspaniyanın baş məşqçisi Visente Del Boskenin müqaviləsinin müddəti 4 ildir.

Almaniya yığmasında isə Yoahim Löv 3 illik sözləşmə imzalayıb. Təcrübəli mütəxəssislə yalnız sözləşmənin müddəti bitənə yaxın müqavilə yenidən 3 illik uzadılıb.

İngiltərə millisinin baş məşqçisi Roy Hodsonun müqaviləsi isə 4 illikdir.

Daha çox


Son xəbərlər
topaz banner