Saviola: "Messinin oyunundan həzz ala bilmədim"

Saviola: "Messinin oyunundan həzz ala bilmədim"
XƏBƏR 19 Noyabr 2013 / 12:40 2419
-  A +

“Barselona” klubunun keçmiş hücumçusu Xavyer Saviola ulduz futbolçu Lionel Messi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, futbolçu Messinin hələ gənc yaşlarından ulduz olacağını düşündüyünü bildirib:

“Messi əsas komandaya yenicə çağırılan zaman mən klubdan ayrıldım. Onun göstərdiyi oyundan həzz ala bilmədim. O vaxt hamı deyirdi ki, ikinci heyətdə bir futbolçu çox gözəl oynayır və o gələcəyin ulduzu olacaq.

Bütün bu illər ərzində hər matçda 3-4 qol vuran Messi əsrarəngiz oyun sərgiləyib. İndi o, 1-2 qol vuranda hamı heyrətlənir ki, görəsən, ona nə olub? Amma narahat olmağa dəyməz. Messi də bir insandır. Onun da zəif oynadığı vaxtlar və zədələri ola bilər. İstərdim ki, bu il də “Qızıl top”u Messi qazansın".

 

Daha çox


Son xəbərlər
topaz banner