"İngiltərə ilə Almaniya arasında heç vaxt yoldaşlıq görüşü olmur"

"İngiltərə ilə Almaniya arasında heç vaxt yoldaşlıq görüşü olmur"
XƏBƏR 19 Noyabr 2013 / 11:35 1884
-  A +

“Çelsi” klubunun yarımmüdafiəçisi Frənk Lempard İngiltərə və Almaniya yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, futbolçu onlar üçün çox çətin və bir o qədər də maraqlı oyun olacağını deyib.

“Almaniya millisi çox güclü bir komandadır. Onların çox gənc və istedadlı oyunçuları var. Bu, bizim üçün yoldaşlıq oyunu deyil. İngiltərə ilə Almaniya arasında heç vaxt yoldaşlıq görüşü olmur” – deyə Lampard bildirib.

Qeyd edək ki, İngilətərə ilə Almaniya arasında keçiriləcək görüş bu gün saat 00:00-da “Uembli” stadionunda baş tutacaq.

Daha çox


Son xəbərlər
topaz banner