Fransanın Lans şəhərində təlim-məşq toplantısını davam etdirən U-15 komandamızın üzvləri gündə 2 dəfə məşqə çıxaraq, texniki-taktiki fəndlər və fiziki hazırlıqla çalışmalarını davam etdirirlər.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, asudə vaxtlarını mədəni proqram çərçivəsində ekskursiya və görüşlərə ayıran gənc futbolçular uyğunlaşma dövrünü geridə buraxıblar.
Bu günlərdə komanda daha bir yoldaşlıq oyununda gücünü sınayacaq. Qeyd edək ki, ilk iki oyunda məğlub olan U-15 komandanın üzvləri növbəti qarşılşmaya ciddi hazırlaşırlar. Gənc futbolçular qarşıdan gələn yoxlama oyunu öncəsi Fransa səfəri barədə klubun rəsmi saytına açıqlama veriblər.
Elxan Həsənli – qapıçı: İlk dəfədir ki, belə təlim-məşq toplantısı keçiririk. Lansda bizi çox yaxşı qarşıladılar və hazırlıq keçməyimiz üçün bütün şərait yaradılıb. Onu qeyd edim ki, Lans mükəmməl infrastruktura malikdir, məşqlər üçün ideal imkanlar var.
Uşaqlar əzmkarlıqla və həvəslə çalışırlar. Diqqət çəkən budur ki, fransalı həmyaşıdlarımız bir qədər fərqli məşqlər edirlər. Etiraf etmək lazımdlr ki, onların səviyyəsi bizdən yüksəkdir. İlk iki oyunda məğlub olsaq da, bu bizi ruhdan salmır. Əksinə, daha da həvəsləndirir. Çalışacağıq ki, 3-cü oyunda daha yaxşı nəticə əldə edək.
Ağakərim Rəhimov – yarımmüdafiəçi: Fransada məşq keçmək özü-özlüyündə bir xatirədir. Klubumuzun prezidenti cənab Hafiz Məmmədova bütün kollektivimiz adından təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də, burada gördüklərimiz komandamızın inkişafında önəmlidir. Arzu edərdim ki, digər yaş qrupları üzrə komandalarımız da bu imkanlardan yararlansınlar. Fransada hazırlıq keçsinlər və yoxlama oyunlarında güclərini sınasınlar. Belə oyunlarda çatışmayan cəhətlərimiz üzə çıxır və məşqçilərimiz onların aradan qaldırılması baxımından əlavə məlumat əldə edirlər.
Hilal Fərmanlı – müdafiəçi: Sərbəst vaxtlarımızı səmərəli keçirmək üçün xüsusi mədəni proqram tərtib olunub. Demək olar ki, komandamızda yüksək əhval-ruhiyyə hökm sürür. Fransa futbolda dünyanın ən irəlidə gedən ölkələrindən biridir. Onlardan çox şey öyrənməliyik. Futbol yalnız meydanda çıxıb mübarizə aparmaq deyil. Burada kollektiv amili, psixoloji hazırlıq böyük rol oynayır. İlk yoxlama oyunlarında böyük həyəcan var idi. Tədricən, buna alışırıq və çalışacağıq ki, daha yaxşı oyun göstərək. Klubumuzun rəhbərliyinə, şəxsən prezidentimiz Hafiz Məmmədova çox sagol demək istəyirik ki, bizim üçün belə bir şərait yaradıb. Söz verirəm ki, bunun qarşılığını öz nəticələrimizlə verəcəyik.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?