"Riberinin “Qızıl top”u qazanmaq şansı millinin oyunundan asılı deyil"

"Riberinin “Qızıl top”u qazanmaq şansı millinin oyunundan asılı deyil"
XƏBƏR 18 Noyabr 2013 / 18:30 1691
-  A +

Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello Frənk Riberinin “Qızıl top”u qazanmaq şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, baş məşqçi Riberinin bu mükafatı qazanmaq şansının milli komandanın çıxışlarından asılı olmadığını bildirib.

“Riberinin “Qızıl top”u qazanmaq şansları milli komandanın çıxışından asılı deyil. Əgər futbolçu "Qızıl top"u qazanırsa, demək mütəxəssislərin bir çoxu onu ötən mövsümün ən yaxşısı hesab edirlər. Əksər hallarda bu seçimə böyük turnirlərdə qazanılmış nəticələr təsir edir. Hansı futbolçular ki, bu turnirlərdə uğur qazanır, onların daha çox şansları var”. – deyə Kapello bildirib.

Daha çox


Son xəbərlər
topaz banner