Roberto Karlos: "Gələcək illərdə Avropada oynayacağıq"

Roberto Karlos: "Gələcək illərdə Avropada oynayacağıq"
XƏBƏR 18 Noyabr 2013 / 17:35 2044
-  A +

Azərbaycanlı futbolçu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor"un baş məşqçisi Roberto Karlos iddialı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan braziliyalı mütəxəssis komandasının gələcək mövsümdən Avropada oynayacağını deyib:

"Sivaspor"un futbolçuları Türkiyədən kənarda yaxşı tanınmır. Ancaq onların hamısı çox yaxşı oyunçudurlar. "Sivasspor" türk futbolunda hörmət edilən bir klubdur. Gələcək illərdə Avropada oynayacağıq və daha çox tanınacağıq".

"Sivasspor"da baş məşqçi olmasının səbəbi barədə danışarkən isə R.Karlos bildirib: "Türk xalqı ilə braziliyaların bir çox ortaq cəhəti var. Ölkənin futbolu barədə də məlumatım var idi. Məncə, "Sivasspor" liqada ən fərqli futbol oynayan komandadır".

Daha çox


Son xəbərlər
topaz banner