"Real" Xediraya əvəzləyici tapdı

"Real" Xediraya əvəzləyici tapdı
XƏBƏR 18 Noyabr 2013 / 17:18 3486
-  A +

“Real” (Madrid) klubu qış transferində yeni dayaq yarımmüdafiəçisini transfer etmək istəyir.

Qol.Az-ın məlumatına görə, "kral klubu" 6 ay müddətinə zədələnən Sami Xediranın əvəzinə “Benfika”nın futbolçusu Nemanya Matiçə "elçi" düşüb.

Madrid təmsilçisi yaxın günlərdə serbiyalı futbolçu üçün Portuqaliya klubuna təklif göndərəcək.

Qeyd edək ki, futbolçu ilə İngiltərənin “Çelsi” klubu da maraqlanır.

Qarabağ FK
Son xəbərlər
topaz banner